İyunun 30-da saat 22 radələrində Sabirabad şəhərində Kürkəndi kənd sakini R.Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə avtomlobildə olan 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onlardan biri ölüb, digərinin vəziyyəti orta-ağırdır.
Hazırda faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.