Modern.az

GDU-də narkotiklə mübarizə tədbiri keçirilib

GDU-də narkotiklə mübarizə tədbiri keçirilib

Aktual

1 İyul 2022, 11:08

“Narkotiklərə nəzarət, narkomaniya və narkobiznes ilə mübarizə son illərdə dünyada ümumbəşəri bir problem olmuşdur.Bu mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir”, - Heydər Əliyev

 

Ölkə əhalisini gözləyən maddi  və mənəvi təhlükələri  böyük uzaqgörənliklə nəzərə alan Ulu Öndərin bu sözləri daim öz aktuallığını saxlayır.

 

Ümumbəşəri bir problemə çevrilmiş narkomaniya ilə mübarizə ölkəmizin hər bir guşəsində olduğu kimi, Gəncə Dövlət Universitetində də diqqət mərkəzində saxlanılır.Bu problemlə bağlı universitetin  fakültələrində silsilə tədbirlər keçirilib.

 

İyunun 30-da keçirilən “Narkotiklərə yox de” mövzusu üzrə “Mən öz gələcəyimi seçirəm” adlı tədbir əvvəlki tədbirlərdən daha geniş əhatə dairəsinə malik olması ilə fərqlənirdi. Tədbiri Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açdıqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Prorektor Gülsüm Fətəliyeva “Narkomaniya gənclər üçün böyük təhlükədir” adlı məruzəsində diqqətə çatdırmışdır ki, dövlətimizin Azərbaycan gənclərinin fiziki sağlamlığı ilə yanaşı, mənəvi sağlamlığını da daim diqqətdə saxlayır. 1996-cı il 26 avqust tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanla yaradılan dövlət komissiyasından; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-2018-ci illər üçün“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamından ətraflı bəhs etmiş və tələbə gəncləri ayıq olmağa, bu dəhşətli problemlə mübarizə üçün bütün qüvvələri səfərbər etməyə çağırıb.

 

Tədbirdə narkomaniyaya qarşı mübarizə regional şöbəsinin rəisi Elvin Abbasov “Narkomaniya və onunla mübarizə yolları” adlı məruzəsində Azərbaycan Respublikası Prezidentinin 2019-2024-cü illər üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı”ndan irəli gələn məsələlər haqqında geniş məlumat vermiş və qeyd etmişdir  ki, narkotik dövriyyəsinə, narkomanlığa qarşı mübarizədə bütün cəmiyyətin  səyləri birləşdirilməli, kompleks mübarizə aparılıb.

 

Sonra “Anatomiya,fiziologiya, zoologiya kafedrası”nın dosenti Elfira Ağayevanın  “Narkomaniya: asılılığın ən ağır növü”, Gəncə şəhər      6 saylı poliklinikanın  həkimi Tükəzban Məmmədovanın “Narkomaniya: çətin və erkən ölüm”, “Sosial fənlər” kafedrasının müəllimi Yeganə Əhmədovanın “Narkomaniya sosial bəladır”, Universitet TEC-in sədri Lalə Ələkbərovanın “Sağlam gənclik, sağlam gələcəkdir”  mövzusunda məruzələri dinlənilib.

 

Tədbirdə Fizika-Riyaziyyat-Kimya təmayüllü liseyin 8-ci sinif şagirdi Arif Alinin çıxışı da maraqla qarşılanıb.

 

Sonda tələbələrin sualları cavablandırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi