İngiltərədə qan donduran qətl hadisəsi baş verib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Loqan Mvanq adlı 5 yaşlı uşaq ailə üzvləri tərəfindən qətlə yetirilib.
Belə ki, Loqan öz anası - 31 yaşlı Anqarad Uilyamson, ögey atası 40 yaşlı Con Koul və 14 yaşlı ögey qardaşı Kreyq Mulliqan tərəfindən öldürülüb.
Uşağı öldürdükdən sonra izi itirmək üçün onun cəsədini gölə atmağı planlaşdırıblar. Körpənin cansız bədənini daşıyarkən təhlükəsizlik kameralarına yaxalanıblar.
Dəhşətli qətlin üstü açıldıqdan sonra hər üç şəxsə ömürlük həbs cəzası verilib.