Modern.az

Nazirin əmisi oğlu rüşvətə görə HƏBS OLUNDU

Nazirin əmisi oğlu rüşvətə görə HƏBS OLUNDU

Hadisə

1 İyul 2022, 19:54

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində daha bir əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlardan biri Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevdir.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, saxlanılan şəxs əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qohumudur. Mətbuatda R.Babayevin nazirin əmisi oğlu olması ilə bağlı dəfələrlə yazılar dərc olunub.

 

R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı