Vətəndaşların ərizə və şikayətlərinə operativ baxılmasına, müraciətlərinə xüsusi diqqət və qayğı ilə yanaşılmasına dair ölkə başçısnın məlum tələb və tapşırığına uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar martın 9-da Bərdə şəhərində növbəti qəbul keçirib. DİN mətbuat xidmətindən
Modern.az-a bildirilib ki, həmin gün Polis Şöbəsində Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, Tərtər, Naftalan, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Xocalı şəhər və rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verub. Daxili işlər naziri tərəfindən qəbul edilən 30 vətəndaşın müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Qalan müraciətlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib.
Modern.az