Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaranıb. Hazırda tıxacın baş verdiyi ərazidə olan əməkdaşımızın verdiyi məlumata görə, artıq bir neçə saatdır Bakıdan Sumqayıta doğru gedən yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşıb. Buna səbəb olaraq avtomagistralda ağır yol nəqliyyat hadisəsinin baş verməsi göstərilir.
Ərazidə olan yol partul xidməti əməkdaşlarının verdiyi məlumata görə, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən VAZ 2107 markalı minikavtomobili qarşıtərəfdən hərəkət edən digər avtonəqliyyat vasitəsi ilə toqquşub. Qəzadan sonra Masazırdan Sumqayıta doğru hərəkətin axınına mane yaranıb.
Əkəmdaşımızım bildirdiyinə görə, qəza nəticəsində ölüm halı qeydə alınmasa da bir neçə nəfər ağır bədən xəsarəti alıb.
Hazırda yol partul xidməti əməkdaşları tıxacın aradan qaldırımasına çalışırlar.
Anar