Martın 9-da İstanbulda qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının “Dördlər finalı” keçirilib. Modern.az-ın məlumatına görə, Azərbaycan çempionu “Rabitə” (Bakı) komandası İtaliya A seriyasının qalibi “Yamamay” ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Rabitə”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb və komandamız “Dördlər finalı”nın həlledici mərhələsinə yüksəlib.
Komandamızın rəqibi Türkiyənin “Qalatasaray” və “Vakıfbank” komandaları arasında keçirilmiş görüşündən sonra müəyyənləşib.
Beləliklə, martın 10-da finalda “Rabitə”-“Vakıfbank” qarşılaşması keçiriləcək.
Modern.az