Modern.az

DSMF-nin yeni elektron xidməti istifadəyə verildi - VİDEO

DSMF-nin yeni elektron xidməti istifadəyə verildi - VİDEO

2 İyul 2022, 16:46

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yeni e-xidməti istifadəyə verilib.

 

Bu barədə Modern.az-a DSMF-dən bildirilib. Qeyd olunub ki, sosial sığorta ödəmələri ilə bağlı müraciətlərin nəticəsini artıq onlayn rejimdə görmək olar.

 

DSMF-nin əqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:

 

 əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,

 

 hamiləliyə və doğuma görə,

 

 uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,

 

 uşağın anadan olmasına görə,

 

 dəfn xərci kimi nəzərdə tutulan müavinət ilə bağlı müraciətinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənmək mümkündür.

 

Bunun üçün:

 

 e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz;

 

 Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.

 

Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı - müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu