Modern.az

Polis müxalifətçi gənc fəalları saxladı və... buraxdı

Polis müxalifətçi gənc fəalları saxladı və... buraxdı

9 Mart 2013, 23:50

Martın 9-da gecə saatlarında Novxanıdakı “Afhotel”də ATƏT-in Bakı ofisinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birlikdə təşkil etdiyi “Fəal vətəndaşlıq” təlimində iştirak edən müxalif partiyaların gənc fəalları saxlanılıblar. Bu haqda “Azadlıq”a AXCP Gənclər Komitəsi sədri Əbülfəz Qurbanlı bildirib.

“Otelin yeməkxanasında oturub çay içirdik. Bizə xəbər gəldi ki, oteli polislər mühasirəyə alıblar. ATƏT-in nümayəndəsi Elgün Tağıyev polislərlə danışmaq üçün çölə çıxdı. Çöldə polislər onu döyüblər, üzü qan içində idi. Sonra polislər içəri daxil oldular. İdmançı görkəmində, hündürboy bir mülki geyimli mənə yaxınlaşıb Əbülfəz olub-olmadığımı soruşdu. Adımı öyrənəndən sonra məni tutdu. Sonra Nihad Hüseyini, Samir Əsədli, Pünhan İmamlı, Cəmil Hacıyev və digərlərini tutdular. Müxalifətçi xanımları da həmçinin. Hamımızı maşına mindirdilər. Əvvəlcə dedilər ki, “sizi 4-cü polis bölməsinə aparırıq”. Sonra dedilər ki, “Bakı Şəhər Baş Polis İdarəsinə gedirik”. Azca getmişdik ki, polislərdən birinə Bakı Şəhər Baş Polis İdarəsindən zəng gəldi və bizi geri qaytardılar. Otelə qayıtdıq. Bir müddət başımızın üstündə durdular, telefonla danışmağa və başqa hərəkətlər etməyə icazə vermədilər. Sonra isə çıxıb getdilər. İndi sakitçilikdir”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza