Ukrayna hərbçilərinin Lisiçanskda mühasirəyə alınması və şəhərin Rusiya qoşunları tərəfindən ələ keçirilməsi barədə xəbərlər təkzib olunub.
Modern.az xəbər verir ki, bu barədə mediaya açıqlama verən Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç Çeçenistan lideri Ramzan Kadırovun yalanını üzə çıxarıb.
Ukrayna rəsmii Kadırovun Lisiçanskın ələ keçirilməsi haqda dediklərinin həqiqətdən uzaq olduğunu bildirib. Arestoviç açıqlamasında Kadırovu tiktoker kimi təqdim edib:
“Tanınmış tiktokerin simasında Rusiya tərəfi Severodonetski təxminən 45 gün əvvəl aldıqlarını iddia etmişdi. Ay yarım çəkdi. Lisiçanskın mərkəzində deyillər, nəzarətə götürməyiblər”.
***
17: 38
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukrayna hərbçilərinin Lisiçanskda müttəfiq qüvvələr tərəfindən mühasirəyə alındığını elan edib.
Modern.az xəbər verir ki, bu barədə Çeçenistan lideri "Telegram" kanalında yazıb.
"Əməliyyat məlumatını Rusiya qəhrəmanı Axmat-Xaji Kadırov adına xüsusi polis alayının komandiri Zamid Çalayev verib", - Kadırov bildirib. O tezliklə şəhərdə genişmiqyaslı hücumun başlanacağını qeyd edib.
Kadırovun sözlərinə görə, qəsəbədə bütün giriş-çıxışlar bağlanıb, Ukrayna ordusunun gedəcək yeri yoxdur: "Çox səy göstərsəniz belə, sıx mühasirə halqasını aça bilməyəcəksiniz".