Modern.az

Ağstafa sakini yanaraq öldü

Ağstafa sakini yanaraq öldü

10 Mart 2013, 10:53

Ağstafa rayonunda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Ağstafa rayonu, Bakı-Qazax yolunun 451-ci kilometrliyində vətəndaşa məxsus inşaat tikinti materiallarının satışı mağazasının ümumi sahəsi 14 kv.m olan vaqon tipli gözətçi otağının yanar konstruksiyaları və əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 1950-ci il təvəllüdlü Heydərov Eyvaz Səttər oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

 Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.

 Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

Modern.az

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza