ABŞ prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya üzvlüyə qəbul edilməsi ilə bağlı sənədləri Konqresə göndərib.
Modern.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
“Mən Finlandiyanın NATO-ya daxil olması ilə bağlı hesabat təqdim edirəm. Oxşar məktub İsveçin Alyansa daxil olması ilə bağlıdır”,- deyə Bayden Konqresin komitə sədrlərinə göndərdiyi məktubda bildirib.
Qeyd edək ki, yeni ölkələrin NATO-ya qoşulması üçün ABŞ Konqresinin yuxarı palatasının razılığı tələb olunur.