Modern.az

Zelenski azad edilən yaşayış məntəqələrinin sayını AÇIQLADI

Zelenski azad edilən yaşayış məntəqələrinin sayını AÇIQLADI

Dünya

3 İyul 2022, 01:11

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də müharibə başlayandan indiyədək azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski xalqa videomüraciətində bildirib.

 

Onun sözlərinə görə, Ukraynanın 10 vilayəti döyüş əməliyyatlarından zərər çəkib. Müharibə dövründə 1027 şəhər və qəsəbə Rusiya hərbçilərindən azad olunub, 2610 yaşayış məntəqəsi hələ də işğal altındadır. 

 

Zelenski, həmçinin qeyd edib ki, yüzlərlə yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən tamamilə dağıdılıb, eləcə də yüzlərlə müəssisə məhv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi