Serbiyanın Müdafiə Nazirliyi ölkədəki gəncləri könüllü hərbi xidmətə çağırıb.
Modern.az xəbər verir ki, ölkədə 19-30 yaş arası gənclərin 6 ay müddətində könüllü olaraq hərbi xidmətə dəvət edildiyi açıqlanıb.
Bildirilib ki, könüllü hərbi xidmət keçmək istəyənlərə hərbi bölgəyə gediş-gəliş biletləri, xidmət müddəti ərzində tibbi sığortası ödəniləcək, aylıq 323 avro müavinət veriləcək.
Nazirlik, həmçinin 6 aylıq könüllü hərbi xidmətini uğurla başa vuranlara Serbiya ordusunda peşəkar xidmət etmək hüququ veriləcəyini bildirib.