Modern.az

Avropa Ukraynaya 500 milyard avro yardım ayıracaq

Avropa Ukraynaya 500 milyard avro yardım ayıracaq

Dünya

4 İyul 2022, 00:16

Avropa İttifaqı Ukraynaya ölkə iqtisadiyyatını bərpa etmək üçün 500 milyard avro məbləğində maliyyə yardımı etmək niyyətindədir. 

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, hazırda Avropa Komissiyası Ukraynanın maliyyələşdirilməsi variantlarını öyrənir. Qrant və kreditlərin ayrılması imkanları nəzərdən keçirilir. 

 

İyulun 4-5-də Luqanoda keçiriləcək konfransda Ukraynanın iqtisadi bərpa planı təqdim olunacaq.

 

Agentlik qeyd edir ki, plan 2 mindən çox səhifədən ibarətdir və infrastruktur, təhlükəsizlik, iqlim, enerji və rəqəmsal iqtisadiyyat sahəsində layihələri əks etdirir. 

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir