Naturopat alimlər qidaları iki qismə bölüb: canlı qidalar və ölü qidalar.
Çiy qidalar canlı sayılır. Çünki onların tərkibində bütün vitaminlər, duzlar, zülal, nişasta, şəkər, yağlar, turşular və digər inqridiyentlər heç bir kənar müdaxiləyə məruz qalmayıb, hamısı canlıdır, vitaminlərlə zəngindir.
Ölü o qidalara deyirlər ki, termal təsirə məruz qalıb, duza və ya şəkərə qoyulub, rafinləşdirilib. Orda vitaminlər qalmayıb, üzvi duzlar (məsələn, kalsium) qeyri-üzvi kristallara çevrilib, zülalın, şəkərin, nişastanın strukturu dəyişib.
Bu günün acı reallığı belədir ki, ölü qidalar sıxışdırıb canlı qidaları süfrəmizdən çıxarıb. Bəzi ailələr, insanın əsas qidası olan meyvələri, tərəvəzi, göyərtini süfrəyə yaxın qoymur. Bəziləri isə bitkilərdən yalnız kompot, mürəbbə, şoraba şəklində istifagə edir. Hər iki halda ağır xəstəliklər qaçılmaz olur, ailə üzvləri ömrünün axırına kimi dərmanlardan asılı vəziyyətdə qalır.
Ölü qidalar nə üçün və necə fəsad verir?
Orqanizm yalnız üzvi maddələrin daşıyıcısı olan canlı qidaları normal həzm edir, çevirir və mənimsəyir. Qeyri-üzvi maddələrdən ibarət olan ölü qidalar isə qismən həzmə gedir, qismən mənimsənilir, bununla belə, bədəndən çoxlu enerji alır.
Ölü qidalar aşağıdakı ağır fəsadları törədir:
1. Ölü qida güclü turşu mühiti yaratdığı üçün, turşu-qələvi balansı pozulur. Məlumat üçün deyim ki, dünyanın bütün xəstəlikləri məhz turşu artıqlığı təməli üzərində törəyir.
2. Ölü qida, ələlxüsus da zülalın çox olması fonunda qanı qatılaşdırır, qan dövranını və qan təzyiqini kəskin formada pisləşdirir, qanın rəngini qaraldır, qanı zəhərləyir.
3. Ölü qida ödün tərkibini pisləşdirir, rəngini tündləşdirir. Bu da həzmolmanı pisləşdirir, kristalların əriməsi prosesini pozur.
4. Ölü qida, xüsusilə də qeyri-üzvi elementə çevrilmiş kalsium, qum kimi kristallar əmələ gətirir, bu kristallar öd kisəsində və digər orqanlarda yığılıb qalır, daşa çevrilir, onların üstünə yeni kristallar suvanır və daşın ölçüsü get-gedə böyüyür. Bu halda öd kisəsinin fəaliyyəti pozulur, oynaq ağrıları baş qaldırır.
5. Ölü qida qəbizlik törədir. Onun tərkibindəki kristallar yığışıb anus deşiyinin yumşaq toxumalarında qalır, babasıl əmələ gəlir. Həkimlər, səbəbi aradan qaldırmaq əvəzinə, anus dəliyinin yumşaq toxumalarını kəsib atır. Kristallar özlərinə yeni yuva axtarmalı olurlar.
6. Ölü qida sağlamlığı qoruyan müdafiə ordusunu - hüceyrələri lazım olan inqridiyentlərlə təmin edə bilmir. Sağlamlıq keşikçiləri ac qalır, zəyifləyir, xəstələnir, kütləvi şəkildə qırılır. İmmun sistemi (müdafiə xətti) zəyifləyir, mikroblar sürətlə artıb-törəyir və ağır xəstəliklər, o cümlədən, xərçəng törədir.
Bu siyahını uzada bilərəm. Lakin nəticə çıxarmaq üçün elə bunlar da bəs edər. Nəticə isə belə olmalıdır:
- Süfrədə hegemonluğu canlı qidalara vermək lazımdır, rasionun 3/4-nü meyvə, tərəvəz, göyərti, çiy su və ya otlardan dəmləmələr təşkil etməlidir .
- Uzlaşmayan (müxtəlif şirə tələb edən) qidaları qarışdırmaq olmaz.
- Xəstələndikdə həkimə getməyin. Özünüz öz həkiminiz olun, xəstəliyin səbəbini aradan qaldırmağa çalışın. Səbəb isə bütün hallarda birdir - ölü qidaların çoxluğu, uzlaşmayan qidaların qarışdırılması və hərəkətsizlik.
Allah xalqıma dərin zəka və möhkəm iradə bəxş etsin!
Ərşad Əzimzadə,
“Ana Təbiət” NGM-nin rəhbəri,
Yazıçı-jiunalist, 03.07.2022.