Modern.az

Sərnişinlər metro qatarından düşürdülüb- HADİSƏ

Sərnişinlər metro qatarından düşürdülüb- HADİSƏ

11 Mart 2013, 09:55

Bu gün səhər saatlarında Bakı metropoliteninin fəaliyyətində problemlər yaranıb.
Həzi Aslanov-Dərnəgül, Dərnəgül-Həzi Aslanov, Həzi Aslanov-İçərişəhər istiqamətində hərəkət edən qatarlarda ciddi gecikmə müşahidə edilib.

Modern.az-ın bir neçə əməkdaşı da metroplitenin insanlara yaşatdığı problemlərlə üzləşməli olublar.
Həmişəkindən fərqli olaraq bu gün qatarlar əksər stansiyalarda 5-6 dəqiqə dayanıblar.
Hətta bir neçə stansiyada insanlar qatarlardan düşürülüb.
Bakı Metropolitenindən Gün.az-a verilən məlumata görə bütün bunlara səbəb texniki nasazlıqla bağlı olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza