Modern.az

Şagirdləri daşıyan avtobus qəzaya düşdü

Şagirdləri daşıyan avtobus qəzaya düşdü

Dünya

4 İyul 2022, 10:26

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 16 nəfər, o cümlədən şagirdlər həlak olub.

 

Modern.az-ın məlumatına görə, avtobus dağlıq yolla hərəkət edərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yüksək hündürlükdən aşağı düşüb.

 

Qeyd olunub ki, avtobusda məktəbə yola düşən 40-dan çox şagird olub. Xilasedicilər ölü sayının arta biləcəyini istisna etmir.

 

Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi