Roma Papası Fransisk iyulun 24-dən 30-a planlaşdırılan Kanada səfərindən qısa müddət sonra Moskva və Kiyevə getmək istədiyini bildirib.
Modern.az-ın məlumatına görə, bu barədə Reuters xəbər verib.
"Mən Ukraynaya getmək istərdim, amma əvvəlcə Moskvaya səfər etmək niyyətindəyəm. Bu barədə fikir mübadiləsi aparmışıq", - Papa müsahibəsində deyib.
“Kanadadan qayıdandan sonra, bəlkə də Ukraynaya gedə bilərəm... İlk iş hansısa şəkildə kömək etməyə çalışmaq üçün Rusiyaya getməkdir, amma mən hər iki paytaxtı ziyarət etmək istərdim”, - o deyib.