Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ictimai nəqliyyatdan istifadə etməsilə gündəmə gəlib.
Modern.az xəbər verir ki, nazir mənzil başına çatmaq üçün vətəndaşlarla birlikdə metroya minib. Oturacaq yerlər dolu olduğundan nazir ayaq üstə getməli olub. Sərnişinlərin ona əyləşmək üçün yer verməməsi diqqət çəkib.
Nazir Karaismailoğlunun ayaq üstə səyahətini əks etdirən video sosial mediada müzakirələrə səbəb olub.