Modern.az

Putin sabah Sərkisyanla görüşür: İrəvan Avrasiya İttifaqına hazırlaşır - RƏSMİ

Putin sabah Sərkisyanla görüşür: İrəvan Avrasiya İttifaqına hazırlaşır -  RƏSMİ

11 Mart 2013, 10:59

Putinin Sərkisyanla görüşünün rəsmi gündəliyində Dağlıq  Qarabağ münaqişəsi ilə bağlı heç nə deyilmir

Ermənistan prezidenti Serj Sərkisyan bu gün Rusiyaya işgüzar səfərə gedir. Modern.az bildirir ki, bu Sərkistyanın prezident seçkilərindən sonra ilk xarici səfəridir. Ermənistan prezidentinin mətbuat xidmətinin açıqladığı rəsmi məlumata görə, martın 12-də S. Sərkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüş zamanı erməni-rus münasibətləri, siyasi, iqtisadi-ticarət və humanitar sahədə olan məsələlər müzakirə olunacaq. “İkitərəfli münsasibətlərdən savayı hər iki prezident MDB məkanında interrasiya proseslərinin inkişafı gündəliyə salınmış vacib məsələləri də müzakirə edəcəklər”-deyə rəsmi açılqmada bildirilir. Bu görüşdə Dağlıq Qarabağ probleminin müzakirə edəcəyi barədə heç nə deyilməyib.

Sonuncu dəfə Putinlə Sərkisyan 2012-ci ilin dekabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində və Avrasiya İqtisadi Şurasının iclasında görüşüblər.    

X. SƏFƏROĞLU

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza