Bakının Sabunçu rayonu ərazisində polis əməkdaşı özünü öldürüb. Heydər Əliyev adına Neft Emalı Zavodunun mühafizə polisi idarəsinin polis nəfəri Samir Ələkbərzadə özünü asıb. Modern.az-ın anspress-ə istinadən verdiyi xəbərə görə, onun meyidi Maştağa-Zabrat yolunda yerləşən yarımçıq tikilidə asılmış vəziyyətdə aşkarlanıb.
S.Ələkbərzadə sintetik kəndirlə özünü evin içərisindəki tirdən asıb. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Modern.az