Modern.az

Saatlıda pambıqçı qadınlar ZƏHƏRLƏNDİ

Saatlıda pambıqçı qadınlar ZƏHƏRLƏNDİ

Hadisə

4 İyul 2022, 14:20

Saatlı rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.

 

Modern.az xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a bildirib ki, onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

TƏBİB rəsmisinin sözlərinə görə, zəhərlənmə zamanı vəziyyəti ağırlaşan olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım