Modern.az

Şarl Mişel Moskvanın işi pozacağından şübhələnir - ŞƏRH

Şarl Mişel Moskvanın işi pozacağından şübhələnir - ŞƏRH

4 İyul 2022, 16:00

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Şarl Mişel telefon danışığında Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Modern.az-ın məlumatına görə, Şarl Mişelin Prezident İlham Əliyevə zəngini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti son vaxtlar Kremlin fəallaşmasından və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana və Bakıya etdiyi səfərlərdən narahatdır:

“Şarl Mişelin İlham Əliyevə zəngi onun narahatlığına bir işarədir. Brüssel şübhələnir ki, Moskva işi pozmaq və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı fəal vasitəçiliyini minimuma endirməyə çalışır. Bəli, Kremlin əsas məqsədi elə budur. Brüsselin vasitəçiliyi Azərbaycan və Ermənistan üçün faydalıdır. Əgər Bakı və İrəvan bu vasitəçilikdən yararlanmaqda davam etsələr, Kreml Avropa İttifaqını oyundankənar vəziyyətə sürükləyə bilməyəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər