Modern.az

Xarkovda məktəb binasına raket atıldı

Xarkovda məktəb binasına raket atıldı

Dünya

4 İyul 2022, 16:10

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda məktəb binası raket hücumuna məruz qalıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib.

 

Onun sözlərinə görə, bu gün yerli vaxtla səhər saat 4-də Rusiya ordusu Xarkovun Şevçenkovski rayonuna raket hücumu həyata keçirib. Nəticədə məktəb binası dağılıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi