Modern.az

Prezident seçkisinin müşahidəsi üçün monitorinq qrupu yaradılır

Prezident seçkisinin müşahidəsi üçün monitorinq qrupu yaradılır

11 Mart 2013, 12:25

Bu ilin oktyabrında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün hüquq müdafiəçilərindən ibarət Monitorinq Qrupunun yaradılması üzərində iş gedir. Bu barədə Modern.az-a Milli Məclisin üzvü, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Çingiz Qənizadə bildirib.

Deputat  bildirib ki, belə bir təşəbbüs var və seçkiyə az müddət qalmış reallaşacaq. “2008-ci il prezident seçkisində Demokratiya və İnsan Hüquqları komitəsində seçki monitorinq mərkəzini yaratdıq. Müəyyən şəxsləri bura cəlb etməklə, rabitə əlaqələri yaratmaqla, seçki ilə bağlı müsbət və mənfi rəylərin toplanmasını və ümumiləşməsini həyata keçirdən bir layihə işlədik. İndi də belə bir layihə  üzərində işləməyi düşünürük. Belə bir layihənin gerçəkləşməsi üzərində iş gedir. Seçkilərdən bir-iki ay öncə monitorinq mərkəzi yaradacağıq”-deyə deputat vurğulayıb.

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza