İsveçin Baş naziri Maqdalena Andersson Kiyev vilayətindəki Buça və Borodyanka şəhərlərinə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Kiyev regional hərbi administrasiyasının rəhbəri Aleksiy Kuleba məlumat yayıb.
Nümayəndə heyəti Buça şəhərindəki Müqəddəs Endryu kilsəsinin yaxınlığında ruslar tərəfindən öldürülən və işgəncələrə məruz qalan insanların kütləvi məzarlığını ziyarət edib.
Andersson qeyd edib ki, Prezident Volodimir Zelenskinin ukraynalıların təkcə Ukrayna üçün deyil, sivil dünya və demokratik dəyərlər uğrunda mübarzə apardıqları barədə sözləri həqiqətdir.
Akif İsmayılov