Böyük Britaniya iki Rusiya şirkəti və altı Rusiya vətəndaşına sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiyaya məruz qalanlar arasında məşhur rusiyalı filosof Aleksandr Duqinin qızı Daria Duqin də var.
Britaniya hökumətinin fikrincə, sanksiya tətbiq edilən şəxslər və təşkilatlar Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı dezinformasiya kampaniyasında iştirak edib.
Akif İsmayılov