Bakı Şəhər İcra Hakimiyyəti Müsavat başqanı İsa Qəmbərin gənclərlə görüşünə icazə verməyib. Müsavat Partiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı Meriyası gənclərin müraciətini göndərdiyi cavab məktubunda məqbul hesab etmədiyini açıqlayıb.
Xatırladaq ki, Müsavat Partiyasının Gənclər Təşkilatı martın 17-də başqan İsa Qəmbərləgörüşün keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı. Müraciətdə görüşün “Bakı”, “Təbriz” və “Dostluq” kinoteatrlarından birində keçirilməsinə icazə verilməsi qeyd olunurdu.
A.RÜSTƏMOV