Modern.az

Alp dağlarında ölənlərin sayı 7-yə çatdı

Alp dağlarında ölənlərin sayı 7-yə çatdı

Dünya

4 İyul 2022, 23:55

İtaliyada Alp dağlarının Marmolada zirvəsindəki Punta Rokka buzlağından qopan böyük buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, dörd nəfər uçqun altından sağ çıxarılıb.

 

Beləliklə, itkin düşənlərin sayı 15-ə enib. Hazırda əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış-xilasetmə işləri dayandırılıb.

 

Axtarışlara helikopter, pilotsuz uçuş aparatları və digər avadanlıqlar cəlb edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi