Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik istefa verərək xarici işlər nazirinin müavini vəzifəsinə keçə bilər.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, diplomat 2022-ci ilin payızında Berlini tərk edə bilər.
Ukrayna hökumətinin nümayəndəsi nəşrə bildirib ki, təklif Ukrayna prezidenti Volodimir Zelenskidən gəlib. Lakin Ukrayna Xarici İşlər Nazirliyi məlumatı şərh etməkdən imtina edib.
"Bild" səfirin özü ilə əlaqə saxlaya bilməyib.
Qeyd edək ki, Andrey Melnikin 47 yaşı var. O, 2014-cü ildən Ukraynanın Almaniyadakı səfiridir.
Akif İsmayılov