Modern.az

Əvəz Zeynallının əfvi üçün prezidentə müraciət edildi

Əvəz Zeynallının əfvi üçün prezidentə müraciət edildi

11 Mart 2013, 14:36

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsi və hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlanmış müraciətilə bağlı başlanan imza toplanışının yekunları açıqlanıb.

Modern.az-ın məlumatına görə, Əvəz Zeynallının azadlığı buraxılması üçün  artıq prezident İlham Əliyevə müraciət edilib.

Qeyd edək ki, imza toplama kampaniyası 5 ay müddətində davam edib. Brifinqdə kampaniyanın nəticələri açıqlandıqdan sonra sənəd Prezident İlham Əliyevə və hazırda Ə.Zeynallının işi  ilə bağlı araşdırma aparan və jurnalist barəsində hökm çıxarmağa hazırlaşan BACM-nin hakimlərinə göndəriləcək.

Xatırladaq ki, Ə. Zeynallı keçmiş deputat Gülər Əhmədovanın prokurorluğa müraciəti əsasında həbs olunub. G. Əhmədova redaktor tərəfindən şantaja məruz  qaldığını, Əvəz Zeynallının ondan pul tələb etdiyini bildirib.

Onun ərizəsi əsasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə. Zeynallı barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü  (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi qaldırıb.

Hazırda G.Əhmədovanın özü haqqında AR CM-nin 178 və 307-ci maddələrilə cinayət
işi açılıb və o həbs edilib.

Anar RÜSTƏMOV 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza