Modern.az

Şakira Pikenin karyerasını məhv etmək istəyir

Şakira Pikenin karyerasını məhv etmək istəyir

5 İyul 2022, 12:14

Məşhur futbolçu Jerar Pike və müğənni Şakiranın bu yaxınlarda ayrılması xəbəri ictimaiyyət üçün böyük sürpriz oldu. Cütlük 11 ildən çox idi ki, birlikdə yayaşırdı.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ilə müğənni arasında münasibətlərin yenidən düzələcəyinə ümid edənlərin gümanı puça çıxır. Belə ki, verilən xəbərər görə, Pike Şakiraya qarşı ciddi “müharibə”yə hazırlaşır.

 

İspaniya mətbuatı iddia edir ki, Pike uşaqları Şakiranın əlindən almağa çalışır. Futbolçu müğənninin oğulları ilə birlikdə Mayamiyə köçmək niyyətindən məmnun deyil.


Bildirilir ki, cütlüyün nikahının rəsmi qeydə alınmamasına baxmayaraq, Şakira Pikenin razılığı olmadan uşaqları ABŞ-a apara bilməz. Amma Şakira da hər şeyi olduğu kimi buraxmaq fikrində deyil. Keçmiş ərin xəyanəti ifaçını ciddi şəkildə incidib və indi o, hər şeyə görə Pikedən qisas almağa hazırlaşır.

 

Məlumata görə, indi Şakira futbolçuya qarşı kompromatlar toplayır və onu nəinki uşaqlarla yaşamaq imkanından məhrum etmək, həm də karyerasını məhv etmək istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər