Modern.az

Məscidin yanında Quranı yandırdılar – Sonra qəzaya düşdülər

Məscidin yanında Quranı yandırdılar – Sonra qəzaya düşdülər

Dünya

5 İyul 2022, 17:34

Norveçin paytaxtı Osloda Sian adlı radikal qrupun üzvləri Mortensrud məscidi yaxınlığında Quran kitabını yandırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşları onları mühafizə edərək, Quranın yandırılmasına mane olmayıblar. 

 

Qrup üzvləri daha sonra ərazidən uzaqlaşmaq istəyərkən avtoqəza törədiblər.

 

Belə ki, müsəlman qadınların olduğu avtomobil Sian üzvlərinin maşınına çırpılıb. Hadisə yerinə gələn polislər müsəlman qadınları saxlayıb, onlar qəsdən ölümə cəhddə şübhəli bilinirlər.

 

Qeyd edək ki, qəza zamanı Sian lideri Lars Torsen də daxil olmaqla avtomobildə olan 6 nəfər yüngül xəsarət alıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi