Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl ölümlə hədələndiyi üçün ölkəni tərk edib.
Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, Knaysl bu barədə jurnalistlərdən birinə şəxsən məlumat verib. Sabiq XİN başçısı “öldürülməklə hədələndiyi” üçün Avstriyadan mühacirət etdiyini bildirib.
Karin Knaysl 2017-2019-cu illərdə Avstriya Xarici İşlər Nazirliyinə rəhbərlik edib. O, Avstriya Azadlıq Partiyasının üzvü olaraq hökumətdə vəzifə tutub. 2016-cı ildə onun partiyası “Vahid Rusiya” ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Knaysl 2018-ci ildə Rusiya Prezidenti Vladimir Putinlə öz toyunda rəqs etməsi ilə gündəmə gəlib.
Akif İsmayılov