Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borrel İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Borrel özünün "Twitter" hesabında məlumat yayıb.
O qeyd edib ki, İranın nüvə sazişini canlandırmaq üçün siyasi məkan tezliklə darala bilər.
"Əgər biz sazişi tamamlamaq istəyiriksə, indi qərarlar vermək lazımdır. Bu, hələ də mümkündür, lakin Hərtərəfli Birgə Fəaliyyət Planını bərpa etmək üçün siyasi məkan tezliklə darala bilər", - deyə Borrel bildirib.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ildə imzalanıb.
Akif İsmayılov