Malinin şimalında əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) iki sülhməramlısı həlak olub.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin sülhməramlı missiyası (MINUSMA) məlumat yayıb.
Hadisə nəticəsində daha 5 nəfərin ağır yaralandığı bildirilir.
MINUSMA-nın sözçüsü Olivye Salqado bildirib ki, insident Tessalit kəndi ilə Qao şəhəri arasında baş verib.
Akif İsmayılov