Fevralın 24-dən iyulun 3-dək Ukraynadakı müharibə nəticəsində 10 mindən çox mülki şəxs zərər çəkib.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.
Ümumilikdə 4899 mülki şəxs həlak olub, onlardan 335-i uşaqdır.
BMT-nin məlumatına görə, mülki əhalinin əksəriyyəti artilleriya və raket hücumlarına, o cümlədən kasetli sursat zərbələrinə məruz qalıb.
Qeyd edilib ki, faktiki qurbanların sayı daha çox ola bilər.
Akif İsmayılov