Modern.az

Britaniya Ukraynaya yeni artilleriya silahları göndərəcək 

Britaniya Ukraynaya yeni artilleriya silahları göndərəcək 

5 İyul 2022, 21:39

Böyük Britaniya yaxın vaxtlarda Ukraynaya 10 ədəd özüyeriyən artilleriya qurğusu, eləcə də digər döyüş sursatları verəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında bildirib.

 

Conson Zelenskiyə Britaniya hərbi texnikası, o cümlədən yaxın günlərdə Ukraynada olacaq 10 özüyeriyən artilleriya sistemi və digər növ döyüş sursatları haqqında ən son məlumatları təqdim edib.

 

İyunun 15-də Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya hərbi yardımın genişləndiriləcəyini vəd edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi