Modern.az

Britaniyada siyasi böhran - İki nazir istefa verdi 

Britaniyada siyasi böhran - İki nazir istefa verdi 

5 İyul 2022, 22:20

Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rişi Sunak hökumətdəki vəzifələrindən istefa veriblər.

 

Modern.az xəbər verir ki, bu barədə nazirlər sosial media hesablarında məlumat yayıb.

 

Cavid "Twitter"də paylaşdığı məlumatda artıq öz vəzifəsini vicdanla davam etdirə bilməyəcəyini və İngiltərənin Baş naziri Boris Consona etibar etmədiyi üçün vəzifəsindən istefa verdiyini bildirib.

 

Sunak isə paylaşımında bu açıqlamaları verib:

 

"Xalq haqlı olaraq hökumətin düzgün, səriştəli və ciddi idarə olunmasını gözləyir. Mən başa düşürəm ki, bu, mənim sonuncu nazir postum ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm".

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi