Modern.az

Avtobus qəzasında yaralananların vəziyyəti AÇIQLANDI

Avtobus qəzasında yaralananların vəziyyəti AÇIQLANDI

6 İyul 2022, 09:44

Avtobus qəzasında yaralanan şəxslərin vəziyyəti açıqlanıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a deyib ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

 

Onlardan 3 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər vətəndaşa da müvafiq yardımlar edilib və evə yazılıb.

 

Qeyd edək ki, Qara Qarayev prospektində metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. 99 JZ 249 DQN-lı avtobus dayanacaqda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi