Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvar ayından bəri Somalidə ən azı 200 uşağın qida çatışmazlığı səbəbindən öldüyünü açıqlayıb.
Modern.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) tərəfindən yayılan açıqlamada Somalinin 2017-ci ildən bəri ilk dəfə "fəlakətli qida təhlükəsizliyi"nin şahidi olduğunu bildirib.
Qeyd edilib ki, quraqlıq şəraiti ölkənin 8 bölgəsində ardıcıl dördüncü yağış mövsümündən sonra daha da pisləşib.