Modern.az

Rusiya yenə mülki əhaliyə hücum etdi

Rusiya yenə mülki əhaliyə hücum etdi

6 İyul 2022, 10:45

Rusiya qüvvələri Donetsk vilayətində Slovyansk şəhərini atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavlo Kyrylenko "Telegram"da məlumat verib.

 

Onun sözlərinə görə, hadisə nəticəsində azı 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

 

“Ruslar yenidən mülki əhalinin toplaşdığı yerlərə qəsdən hücum edir. Bu, terrordur. İndi gərək əhali təxliyə edilsin. Heç nə insanlarımızın həyatından daha önəmli deyil", - Kyrylenko qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi