Modern.az

Deputat ATƏT PA-da erməni vandalizmindən söz açdı

Deputat ATƏT PA-da erməni vandalizmindən söz açdı

6 İyul 2022, 10:52

"Azərbaycanın Zəfəri ilə yekunlaşan Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma prosesinin bir istiqaməti də işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına yönəlib".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Ağayeva İngiltərənin Birminhem şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 29-cu illik sessiyasında çıxışı zamanı deyib. O qeyd edib ki, işğal dövründə Azərbaycan xalqının tarixi-mədəni xüsusiyyətləri dəyişdirilib, etnik köklərinin əlamətləri aradan qaldırılıb:

 

"Məsələn, 67 məsciddən 65-i tamamilə dağıdılıb. Yalnız ikisi dağıntıdan nisbətən kənarda qalıb. Amma həmin məscidlər də ermənilər tərəfindən hərbi məqsədlər üçün istifadə edilib.

 

Onilliklər ərzində Azərbaycan beynəlxalq ictimaiyyətə, o cümlədən YUNESKO-ya işğal olunmuş ərazilərə səfər etmək və mədəni irsə məruz qalmış, dəhşətli dağıntılar, vandalizm və talanların miqyasının qiymətləndirilməsi üçün müraciət edir, halbuki nəticəsiz qalır. Bununla belə, YUNESKO-nun texniki missiyasının regiona göndərilməsi konkret iştirakçı dövlət tərəfindən öz siyasi maraqlarına görə əngəllənir".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi