ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 14-də cəhbə xəttində növbəti dəfə monitorinq keçiriləcək.
Modern.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, monitorinqi Ermənistan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin Azərbaycan tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri keçirəcəklər.
Modern.az