Modern.az

Qiymət zənglə və pulla yazılmır - Xaricdə təhsilin üstünlükləri

Qiymət zənglə və pulla yazılmır - Xaricdə təhsilin üstünlükləri

6 İyul 2022, 14:50

Günümüzdə haradasa işləmək və maddi qazanc əldə etmək üçün yox, prosesləri düzgün qiymətləndirə bilmək, ümumi dünyagörüşünün formalaşması üçün də təhsil əvəzolunmaz faktordur. Ölkədə təhsil üçün xaricə üz tutan gənclərin sayı az deyil. Xaricdə təhsil almış şəxslər həm cəmiyyətdə, həm də iş mühitində daha uğurlu hesab olunurlar. Praktika da bunu sübut edir.

 

Bəlkə bu səbəbdəndir ki, əksər gənclər xaricdə təhsilə üz tuturlar.

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti, professor Şahlar Əsgərov deyilənləri təsdiqləyib. Professor söyləyib ki, xaricdə oxumağın üstün olmasının birinci səbəbi təhsilin məzmunundakı fərqdədir:

 

 

“Ədəbiyyat, təhsilin məzmunu xaricdə diqqət mərkəzindədir. Xarici universitetlərdə pulla, telefon zəngilə qiymət yazılmır. Tələbənin qiymətləndirmə prosesi şəfaff olur. Qiymətləndirmə yaxşı olarsa, təhsildə problem olmaz. Bizdə də tələbənin biliyinə uyğun qiymət yazılarsa, dərsliklərimiz müasir dövrü əks etdirərsə, xaricdəki təhsillə fərqimiz olmaz”.

 

Təhsil mütəxəssisi deyib ki, işəgötürmə prosesində qurum ilk olaraq təhsillə maraqlanır:

 

“Bir nəfər xaricə təhsil almış, bir nəfər isə ölkədə təhsil almış işçi götürür. Xaricdə təhsil alanın işi bacardığını görəndə onun daha savadlı olduğu məlum olur. Nəticə olaraq da xaricdə təhsil alanlara daha çox üstünlük verilir. Ümumi mənzərə bu cürdür. Ancaq ölkəmizdə universiteti bitirib işlə təmin olunan gənclərin də sayı az deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi