Modern.az

Rusiyalı spiker Amerikanı Alyaska ilə TƏHDİD ETDİ

Rusiyalı spiker Amerikanı Alyaska ilə TƏHDİD ETDİ

Dünya

6 İyul 2022, 17:26

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Amerika Birləşmiş Ştatlarını (ABŞ) təhdid edib.

Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, Volodin rəsmi Vaşinqtona Alyaska ştatının vaxtilə Rusiyaya məxsus ərazi olduğunu xatırladıb.
 

“Belə bir region var - Alyaska... Qoy Amerika bizim resurslarımızı ələ keçirməyə çalışarkən düşünsün ki, bizim də geri qaytaracağımız bir şey var”,-deyən Dövlət Dumasının sədri Alyaskanın Rusiya torpağı olduğuna işarə edib.

Xatırladaq ki, ABŞ Alyaskanı 30 mart 1867-ci il tarixində 7.2 milyon dollar qarşılığında Rusiya İmperiyasından satın alıb. Bu bölgə ABŞ-ın tabeçiliyinə keçdikdən sonra bir neçə dəfə inzibati dəyişikliyə uğrayıb. 3 yanvar 1959-cu ildə Alyaska ABŞ-ın 49-cu ştatı kimi qəbul olunub.

Alyaskanın ərazisi 1,5 milyon kvadrat kilometrə yaxındır.

Alyaskanın ABŞ-a satılması s​​​​on illər Rusiyada tez-tez ictimai müzakirələrə çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi