İrlandiyanın Baş naziri Mixol Martin bu gün Ukraynaya səfər edib.
Modern.az xəbər verir ki, o, Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Zelenski sosial media hesabında ölkəsi üçün vacib mərhələdə yanlarında olduğuna görə Martinə təşəkkür edib.
Bu, İrlandiyadan hökumət başçısı səviyyəsində Ukraynaya ilk səfərdir.