Rusiya Ukraynanın şərqində ABŞ istehsalı olan iki HIMARS raket sistemini məhv etdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik, həmçinin iddia edib ki, Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinin cənubundakı kənddə HİMARS üçün raketlər saxlanan iki silah-sursat anbarını da məhv edib.
Rusiya tərəfi hücumu əks etdirən videogörüntülər yayımlayıb.
Ukraynanın Baş Qərargahı Rusiyanın iddialarını təkzib edib. Qərargah "Twitter"dəki paylaşımında iddiaların “saxta” olduğunu və Rusiya qüvvələrinə “dağıdıcı zərbələr” vurmaq üçün ABŞ tərəfindən təchiz edilmiş HIMARS-dan istifadə edildiyini bildirib.
Məlumata görə, Ukrayna iyulun əvvəlinə dörd HIMARS sistemi alıb. Birləşmiş Ştatlar səkkiz sistemin iyulun ortalarına qədər çatdırmağı planlaşdırır.
Akif İsmayılov