2021-ci ildə aclıqdan əziyyət çəkən və ya normal qidaya çıxışı olmayan insanların sayı 702-828 milyon arasında olub.
Modern.az xəbər verir ki, bu barədə çərşənbə günü dərc olunan, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və bir sıra digər təşkilatların hazırladığı “Dünyada ərzaq təhlükəsizliyi və qidalanmanın vəziyyəti - 2022” adlı hesabatda bildirilir.
Hesabatda göstərilən rəqəmin rekord olduğu qeyd edilir.
Adların sayının yuxarı həddi dünya əhalisinin 10,5%-ni əhatə edir, bu rəqəm 2020-ci ildə 9,9% və 2019-cu ildə isə 8,4% olub.
Hesabat müəlliflərinin sözlərinə görə, rekord sayda - 345 milyon insan aclıqdan ölmək ərəfəsindədir.
Ekspertlər hesab edirlər ki, Ukraynadakı vəziyyət və bununla bağlı qiymət artımı səbəbindən vəziyyət daha da pisləşəcək.
Akif İsmayılov